AZ

Prezident İlham Əliyev: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq (TAM ÇIXIŞ)

Bakı. Trend:

Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıqvə bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika vətranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimiehtiyac var.

Trend xəbərverir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiyabiznes-forumunda çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyevin çıxışı

-Günortanız xeyir, xanımlar və cənablar, əziz qonaqlar.

Çox şadıq ki, Baş nazir Babişin rəsmi səfəri zamanı Çexiyanınböyük biznes nümayəndə heyəti onu müşayiət edir. Bu, biznesin birgəaparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Adətən,işgüzar dairələr öz qərarını layihənin gəlirliyi ilə bağlayır,lakin eyni zamanda, bir çox məsələlər hüquqi əsaslar və siyasiölçülərdən asılı olur.

Beləliklə düşünürəm ki, bu gün Çexiya və Azərbaycan liderləriözlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər:ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrənəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünməkvaxtıdır. Fikrimcə, bu gün yüksək səviyyədə qurulan siyasi təmaslarçox güclü siyasi bünövrəni təşkil edir.

Bu gün artıq qeyd olunduğu kimi, biz Baş nazir Babişlə üç ayəvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdəgörüşürük. Bir sözlə, bu, həqiqətən göstərir ki, hər iki tərəfmüxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çoxmaraqlıdır. Bu gün siyasi gündəliyin, o cümlədən regional və qlobalsiyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, biz,həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeylidanışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraqbiznes-forumda bütün həmin məsələlər nəzərdən keçirilir.

Əlbəttə, hüquqi çərçivəyə əlavə, hər hansı sərmayədar üçünpotensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir.Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə vəiqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildirki, valyutamız sabitdir. Əslində, məzənnə dəyişməz olaraq qalır.2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Düşünürəmki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühümgöstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısıxarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayəiqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələrolmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz, xüsusilə dəbeynəlxalq gündəliyin qarışıq vaxtlarında.

Biz borcalmanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinənail olduq. Əslində, biz xarici borcu aşağı salmaq üçün bir neçə iləvvəl əsas borcalmaları dayandırdıq. Hazırda biz yenidən borcalmayabaşladıq, çünki indi xarici borc ÜDM-in cəmi 6,1 faizini təşkiledir.

İnfrastruktur layihələri. Qarabağın və Şərqi Zəngəzurun azadolunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur.Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiyaİnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatlarıilə artıq fəal işə başlamışıq. Məqsəd qarşımızda olan mühümlayihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalqtəcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, “Moody's”Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlusərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlarAzərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olmasıbarədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasisabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzarfəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilknövbədə lazım olan hər meyar var.

İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcəbildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə -Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq.Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçiningöstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. BizAzərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsindəartıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsindəəməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik.Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrikenerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasındaikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digərsahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədiləhəmin məsələlərə geniş perspektivdən nəzər saldıq.

Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiəsənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları iləxeyli tanınır. Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqaviləimzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgəistehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zamanheyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün,xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimiartdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini,ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyəhazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artımpotensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsasqoyduq.

Həmçinin bu gün cənab Baş nazirlə birgə qəbul etdiyimiz qərarlararasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsininnazirlər səviyyəsinə qaldırılması və Birgə HökumətlərarasıKomissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, buiclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclasısonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çoxməsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədəxəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznesictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşımühit təmin edilməlidir.

Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırılabiləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttəki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyatinfrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgəmüəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyatsektorunu geniş müzakirə etdik.

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerjisahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədərGünəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir vəbu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu,sahələrdən biri ola bilər.

Bağlantı. Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayəyatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə,logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxtolmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə vəəks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimalatəhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizinkəsişməsində yerləşirik və son illərdə infrastruktura genişinvestisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktiviartıq yaratmışıq.

Turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Həriki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var.Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha genişcoğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlərboyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gündeyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki,əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızınəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərindəçalışmalıyıq.

Biz, həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığıhava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlığı müzakirəetdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdəbütün məsələləri əhatə etmək mümkün deyil. Lakin mən əminəm ki,biznes dairələri bu gün biznesin qurulması və dostyana mühitinyaradılması üzrə potensiala dair aydın anlayışla bir arayagəliblər. Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznesdairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Budostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.

Bir daha, cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoşgəlmisiniz.

Seçilən
4
3
az.trend.az

4Mənbələr