AZ

Quterreş Hörmüz boğazı ilə bağlı çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Hörmüz boğazında yaranan fasilələrin qlobal ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və “qlobal iqtisadiyyatın fəaliyyətini davam etdirməsi üçün boğazın açılmasına” çağırış edib.

Turkustan.az xəbər verir ki, Quterreş bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Dəniz sahəsində su yollarının təhlükəsizliyi və qorunması” mövzusunda keçirilən iclasında, “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəm maddəsi çərçivəsində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, görüş su yollarının təhlükəsizliyinin beynəlxalq nizam üçün ciddi sınağa çevrildiyi bir dövrdə keçirilir və hazırda qlobal ticarətin əsas damarlarını təşkil edən dəniz yolları ciddi təzyiq altındadır.

Quterreş əlavə edib ki, “Geosiyasi gərginlik dənizlərə yayılır, ticarət gəmiləri təzyiq alətinə çevrilir və dəniz hüququnun fundamental prinsipləri çərçivəsində naviqasiya hüquq və azadlıqları pozulur”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
3
turkustan.az

4Mənbələr