AZ

“Mançester Yunayted” “Brentford”u məğlub etdi

İngiltərə Premyer Liqasının 34-cü turunda “Mançester Yunayted” və “Brentford” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, matç Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Kriş Kavana (Lankşir) olub. Görüş “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 11-ci dəqiqədə Kazemiro açaraq “Mançester Yunayted”i önə keçirib. 43-cü dəqiqədə Benyamin Şeşko fərqi artırıb. 87-ci dəqiqədə Matas Yensen “Brentford”un yeganə qolunu vurub.

Bu nəticədən sonra “Mançester Yunayted” 61 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Brentford” isə 48 xalla 9-cu yerdədir.

Növbəti turda “Mançester Yunayted” 3 mayda “Liverpul”u qəbul edəcək, “Brentford” isə 2 mayda doğma meydanda “Vest Hem Yunayted”lə qarşılaşacaq.

Seçilən
23
4
90deqiqe.az

10Mənbələr