“Real Madrid” rəhbərliyi, əgər komandanın 22 yaşlı hücumçusu Qonsalo Qarsiyanın transferi üçün 60 milyon avro alsa, qarşıdan gələn yay transfer pəncərəsi zamanı onunla vidalaşmağa hazırdır.
Vətəninfo.az xəbər verir ki, İspaniyanın AS qəzetinin məlumatına görə, İtaliya və Almaniya çempionatlarını təmsil edən klublar gənc futbolçunun xidmətlərində fəal şəkildə maraqlıdırlar. Xüsusilə, “kral” klubu artıq futbolçunu əldə etmək istədiyini bildirən İtaliya klublarından birindən 60 milyon avro tələb edib. Daha əvvəl “Borussiya Dortmund” da Qarsiyaya maraq göstərərək 30 milyon avro təklif etmişdi (nüfuzlu “Transfermarkt” portalı oyunçunu bu qədər qiymətləndirir), lakin alman klubunun təklifi Madrid komandasının tələblərinə cavab vermədiyi üçün rədd edilmişdi.
Qeyd edək ki, əgər transfer “Real Madrid”in tələb etdiyi məbləğdə baş tutarsa, Qarsiya Madrid klubunun akademiyasından keçən ikinci ən bahalı oyunçu olacaq. Bu göstəriciyə görə o, yalnız 2017-ci ildə 80 milyon avroya Londonun “Çelsi” klubuna keçən Alvaro Moratadan geri qalacaq.
Qeyd edək ki, Qonsalo Qarsiyanın “qaymaqlı” komanda ilə hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda 34 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.