AZ

İran Hörmüz boğazı ilə bağlı gərginlik fonunda balanslı siyasət aparmağa çalışır

İranın Hörmüz boğazı ilə bağlı təşəbbüsləri və regional gərginlik fonunda atdığı addımlar diqqət çəkir. Bu barədə politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması İranın əlində güclü təzyiq vasitəsi olsa da, bu addımın iqtisadi nəticələri ilk növbədə İranın özünə və onunla əlaqəli ölkələrə ciddi ziyan vurur. Bu ölkələr sırasında Avropa dövlətləri, Çin və Cənub-Şərqi Asiya ölkələri də var.

Politoloq qeyd edib ki, İran neft ixracından gələn gəlirlər azaldıqca ölkə iqtisadiyyatı da ciddi təzyiqlə üzləşir. Buna görə də Tehran Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti diplomatik və siyasi təşəbbüslərlə tənzimləməyə çalışır.

Aydın Quliyevin sözlərinə görə, İranın strategiyası əsasən üç istiqamət üzərində qurulub: ölkənin “qırmızı xətt” saydığı mövqelərdən geri çəkilməmək, Hörmüz boğazının açılmasına nail olmaq və nüvə texnologiyası ilə bağlı müzakirələri sonrakı mərhələyə keçirmək.

Politoloq vurğulayıb ki, ABŞ da İranın bu taktikasını diqqətlə izləyir və Tehran hansı məqsədlərə nail olmaq istədiyini analiz edir. Onun fikrincə, Vaşinqton üçün əsas sual Hörmüz boğazının açılmasının qarşılığında İranın hansı tələblər irəli sürəcəyidir.

Aydın Quliyev əlavə edib ki, İranın məqsədi təkcə boğazın açılması deyil, eyni zamanda nüvə məsələsi ilə bağlı müəyyən güzəştlərin əldə olunmasıdır. ABŞ isə bu prosesdə mümkün razılaşmanın şərtlərini qiymətləndirir və balansı qorumağa çalışır.

Seçilən
30
50
news365.az

10Mənbələr