
Böyük Britaniya kralı III Çarlz və ABŞ Prezidenti Donald Tramp arasında görüş, potensial diplomatik insidentlə bağlı narahatlıqlar səbəbindən mətbuatın iştirakı olmadan, qapalı qapılar arxasında keçiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, Tramp və Çarlz arasında əsas görüş bu günə planlaşdırılıb.
Qeyd olunub ki, Britaniya tərəfi, Trampın digər dünya liderləri, xüsusən də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri zamanı yaranan ictimai mübahisələrə bənzər vəziyyətlərin təkrarlanması riski səbəbindən mediaya çıxışı minimuma endirməkdə israr edib.
Məlumata görə, tərəflərin görüşün əvvəlində kameralar qarşısında qısa çıxışları gözlənilir, lakin əsas danışıqlar qapalı qapılar arxasında keçiriləcək.
Daşqın HəsənovMissiya.Az