AZ

Nazir: Əməkhaqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır

Azərbaycan hazırda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparılır.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma genişlənir, eyni zamanda qanunvericilik bazası təkmilləşdirilir.

"Əmək müqavilələrinin 97 %-i artıq elektron qaydada rəsmiləşdirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində "Dost Müfəttiş" layihəsi həyata keçirilir və bu layihə çərçivəsində müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq cərimə tətbiq edilmədən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilir. Son illərdə əmək qanunvericiliyində geniş dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklik olunub, ümumilikdə isə normativ hüquqi aktlara 500-ə yaxın düzəliş edilib", - deyə nazir qeyd edib.


Telegram kanalımız
Seçilən
52
5
yenisabah.az

6Mənbələr