AZ

2 milyonluq dələduzluq işində adı hallanan şəxs Türkiyədə həbs edildi - Məhkəmə

Bakıda vətəndaşlara qarşı 2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili Orxan Zeynalov çıxış edib. 

Vəkil bildirib ki, zərərçəkmiş Əhməd Mütəllimovdan qərəzli şikayətlər edən Şənlik Şükürov (Türkiyə vətəndaşı kimi Fatih Şükür) Mütəllimovun həmtəsisçisi olduğu Türkiyədə fəaliyyət göstərən "Mastel Makina" şirkətini saxtakarlıq edərək ələ keçirdiyinə görə Türkiyədə barəsində cin işi başlanıb və şübhəli şəxs qismində saxlanılıb. 

Hazırda Türkiyədə cinayət faktı üzrə araşdırma davam edir.

Daha sonra zərərçəkmiş şəxsin vəkilləri məhkəməyə vəsatət verərək Şənlik Şükürovun bu işdə şahid qismində çağırılmasını istəyiblər. 

Zərərçəkmiş şəxsin vəkili Orxan Zeynalov isə bildirib ki, Şənlik Şükürovun məhkəmədə abyektiv ifadə verməyəcək. Buna səbəb isə müdafiə etdiyi şəxslə bu adam arasında Türkiyədə məhkəmə çəkişməsi getməsidir. 

Qısa müşavirədən sonra vəsatət təmin edilib. 

Müdafiə tərəfi məhkəmə mühasibat ekspertizasasının keçirilməsi ilə bağlı vəsatət təqdim ediblər. Vəsatət təmin olunmayıb. 

Məhkəmənin növbəti iclası qeyri müəyyən vaxtadək təxirə salınıb. 

Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib. 

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
57
50
unikal.az

10Mənbələr