AZ

Gəncədə şagird bıçaqlandı Şübhəli məktəb yoldaşıdır

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, iki məktəbli arasında yaranan mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb.

Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü Ü.Niyazlı kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

İlkin məlumata görə, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
4
qafqazinfo.az

6Mənbələr