"USS Gerald R. Ford" yaxın günlərdə Yaxın Şərq regionunu tərk edərək ABŞ-a qayıdacaq.
Publika.az xəbər verir ki, Amerika rəsmilərinə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb gəminin əsaslı təmirinə ehtiyac yaranmasıdır.
Gəmi Virciniya ştatındakı "Norfolk" hərbi dəniz bazasına mayın ortalarında qayıda bilər. Bununla bağlı dəqiq tarix açıqlanmayıb.
Nəşr qeyd edib ki, atom aviadaşıyıcısının regionu tərk etməsi ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü əhəmiyyətli dərəcədə zəiflədəcək. ABŞ və İran arasındakı danışıqlarda yaranmış durğunluq fonunda bunun necə nəticələnəcəyini isə zaman göstərəcək.