AZ

Tramp hərbi əməliyyatların bərpası planını qəbul edəcək Hərbi ekspert

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xarici medianın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bu gün İrana qarşı mümkün hərbi əməliyyatların bərpası ilə bağlı yeni ssenariləri ABŞ Prezidenti Donald Trampa təqdim edəcək.

Tramp bu planı qəbul edə bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, danışıqlar yoxdursa, o zaman atəşkəsin də uzadılması məsələsi şübhə altına düşür:

"Belə olan halda, atəşkəsə alternativ olaraq yalnız döyüş əməliyyatlarının bərpası gündəmə gələ bilər. Digər tərəfdən, ABŞ özünə aid daha güclü aviadaşıyıcı zərbə qruplaşmalarını, desant gəmilərini və dəniz piyadalarını regiona cəlb edib, həmçinin İranın bütün limanlarını bloklayıb".

Ekspertin sözlərinə görə, təkliflərin verilməsi gözlənilən idi, hətta bu təkliflər danışıqlar prosesi ləğv olunan kimi təqdim edilməli idi:

"Böyük ehtimalla, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası planını qəbul edəcək. Amma konkret olaraq zərbələrin nə vaxt başlanacağı açıqlanmayacaq. Hər bir halda, mayın ilk ongünlüyündə ABŞ tərəfindən zərbələrin bərpa olunması ehtimalı böyükdür".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
12
redaktor.az

10Mənbələr