AZ

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satmağa qərar verib. İspaniya nəhəngi braziliyalı ulduzundan narazıdır.

Bizim.Media xəbər verir ki, əslində, kapitan uğurlu çıxış edir. Lakin onun tez-tez zədələnməsi, həm də yaşının çoxluğu katalonları ehtiyatlandırır.

“Barselona” Rafinyanı yaxşı pul təklif edən müştərilərinin olduğu bir vaxtda satmaq, həm də maliyyə vəziyyətini düzəltmək niyyətindədir.
 

Hazırda Səudiyyə Ərəbistanından 3 klub Brazilya millisinin üzvünü almaq istəyir. Hücumçu şəxsi müqaviləsinin şərtlərini razılaşdıracağı təqdirdə mövsüm bitən kimi satıla bilər.


29 yaşlı oyunçu 4 il öncə “Lids”dən 58 milyon avroya transfer edilmişdi. “Barselona” ilə iki illik anlaşması qalan oyunçunun hazırkı dəyəri 80 milyon avrodur.

Bizim.Media

Seçilən
27
33
bizim.media

10Mənbələr