AZ

Konfrans Liqası: “Rayo Valyekano” minimal hesablı qələbə qazandı, “Şaxtyor” uduzdu

Bakı, 1 may, AZƏRTAC

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandasını 1:0 hesabı ilə üstələyib.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinə 3:1 hesabı ilə uduzub.

Cavab matçları mayın 7-də keçiriləcək.

Seçilən
37
19
azertag.az

10Mənbələr