Bakı, 1 may, AZƏRTAC
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandasını 1:0 hesabı ilə üstələyib.
Türkiyəli Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinə 3:1 hesabı ilə uduzub.
Cavab matçları mayın 7-də keçiriləcək.