Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald Jr. Qazaxıstanın volfram mədən şirkətində pay alıblar. Newscenter.az xəbər verir ki, bu barədə The Financial Times (FT) məlumat yayıb.Nəşrin yazdığına görə, ötən ilin avqust ayında qardaşlar Skyline Builders tikinti qrupunda pay əldə ediblər. Şirkət daha sonra mədən şirkəti olan Kaz Resources-də 20% pay əldə edib.Bu arada Cove Kaz Capital və Kaz Resources şirkətləri Skyline ilə birləşmək barədə razılığa gəliblər. Yeni şirkət Nasdaq birjasında Kaz Resources ticarət nişanı altında ticarət etməyi planlaşdırır. Nəşrin qeyd etdiyi kimi, birləşməni elan edən mətbuat açıqlamasında qardaşlardan heç birinin adı çəkilməyib.Donald Trampın sözçüsü onun yalnız passiv investor olduğunu və şirkətin əməliyyat fəaliyyətində iştirak etmədiyini vurğulayıb.Mehman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.