AZ

ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışı təsdiqləndi

BAKI, 2 may. TELEQRAF

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki Amerika müttəfiqlərinə 8,6 milyard dollardan çox dəyərində potensial silah satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında bildirilib.

ABŞ İsrailə 992,4 milyon dollara Təkmilləşdirilmiş Dəqiq Zərbə Silah Sistemi (APKWS) lazer istiqamətləndirmə dəstləri və əlaqəli avadanlıqlarla təchiz olunmuş 10.000 raketin satışını təsdiqləyib. Oxşar müqavilə Qətərlə də təsdiqlənib və Qətərə ümumilikdə 4,01 milyard dollara Patriot raketləri satmaq səlahiyyəti verilib.

Dövlət Departamenti həmçinin Qətərə 2,5 milyard dollarlıq İnteqrasiya olunmuş Döyüş Komandanlığı Sistemi (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sistemlərinin və əlaqəli logistikanın satışını təsdiqləyib. Bundan əlavə, BƏƏ-yə 1500 APKWS dəstinin 147,6 milyon dollarlıq satışı təsdiqlənib.

Bəyanatlarda müqavilələrin ABŞ-ın milli maraqlarına uyğun olduğu və regionda güc balansını dəyişdirməyəcəyi iddia edilir. Bundan əlavə, Dövlət Departamenti silah satışı müqavilələrinin Amerika silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcəyini güman edir.

Seçilən
59
1
teleqraf.com

9Mənbələr