AZ

Bu ərazidə 3 saatlıq işıq kəsiləcək 

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq..

Poliqon xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə əlavə edilib.

Poliqon.info

Seçilən
17
12
poliqon.info

10Mənbələr