AZ

Müdafiə naziri ABŞ-nin qoşunlarını Almaniyadan çıxarmaq qərarına münasibət bildirib

Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır.

Moderator.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Almaniyadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq edəcək.

Nazirin sözlərinə görə, ABŞ-ın, Almaniya da daxil olmaqla, Avropadan qoşun çıxarması əvvəlcədən proqnozlaşdırılırdı.

Qeyd edək ki, Pentaqon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.

Seçilən
25
5
moderator.az

6Mənbələr