AZ

Almaniya müharibə ssenarisinə hazırlıq üçün ən böyük limanını 1,35 mlrd avroya yeniləyir

BAKI, 2 may. TELEQRAF

Almaniya mümkün müharibə ssenarisi üçün hərbi texnikanın daşınmasını təmin etmək məqsədilə nəqliyyat infrastrukturunu modernləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Almaniyanın ən böyük avtomobil limanı olan Bremerhaven modernləşdirilir. Layihənin dəyəri 1,35 milyard avro (1,6 milyard dollar) təşkil edir.

Vəsait liman körpülərinin gücləndirilməsinə yönəldiləcək ki, burada 60 tona qədər ağırlığa malik “Leopard” tankı daxil olmaqla hərbi texnikanın daşınması mümkün olsun. Layihə Almaniyanın 2026-cı il büdcəsinə daxil edilib və Avropanın potensial müharibəyə hazırlıq planının bir hissəsi hesab olunur.

Agentliyin məlumatına görə, ölkə müharibə halında logistik təminatı təkbaşına həyata keçirmək imkanına malik deyil və bu səbəbdən özəl sektorun iştirakına arxalanır.

Əməkdaşlığa hazır olan şirkətlər sırasında “BLG Logistics” və “Fiege” kimi iri logistika firmalarının adı çəkilib. “BLG Logistics” Bremerhavendə yük daşımalarını həyata keçirir, “Fiege” isə hərbi sifarişlərlə işləmək üçün ayrıca struktur yaradıb.

Seçilən
64
11
teleqraf.com

10Mənbələr