AZ

“Qarabağ”ın hücumçusu “Neftçi”yə uduzmağın əsl səbəbini gizlətmədi

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Sportinfo.az-a müsahibə verib.

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu komandasının prinsipial qarşılaşmada 1:2 hesabı ilə uduzduğu oyundan sonra sualları cavablandırıb.

- 4 gün əvvəl 5:1 hesabı ilə udduğunuz rəqibə bu dəfə məğlub oldunuz. Nə dəyişdi ki?

- Futbolda belə hallar olur. Həmişə qalib gələcəyimizə dair qayda yoxdur. “Neftçi” bu gün çox istəkli idi. Sıx v ağıllı müdafiə olunmaqla yaxşı mübarizə apardılar. Mübarizə əzmində onlardan geri qaldığımızı düşünmürəm. Sadəcə onlarda alındı, bizdə nəsə çatmadı.

- Sizdə alınmadı, yoxsa “Neftçi” sizi daha yaxşı təhlil edərək lazım olan tədbirləri görmüşdü?

- Həm layiqli mübarizə apardılar, həm də oyunumuzu incələmişdilər. Fikrimcə, istəkli olmaları daha çox rol oynadı.

- 2-ci pillənin əldən çıxmasına dair narahatlıq var, yoxsa çempionatı indiki yerdə başa vuracağınızın rahatlığı var?

- Rahat heç nə yoxdur. İstəsək də, bu, mümkün deyil. Sona qədər mübarizə aparmalıyıq ki, yerimizi qoruyaq.

- Paltardəyişmə otağındakı ab-hava buna imkan verir?

- Pozitiv qalmağa çalışırıq. Ciddiyəti qorumalı, aqressivliyi artırmalıyıq. Bir az rahatlaşan kimi cəzalanırsan. Fərdi və komanda şəklində ciddiyəti qorumaqla maksimum mübarizə aparmalıyıq.

- Elvin Cəfərquliyevlə Abbas Hüseynov əsas komandadan uzaqlaşdırılıb. Hər iki futbolçu ilə dost münasibətində olduğunu bilirəm. Maraqlıdır, üzləşdikləri durumla bağlı nə deyirlər, nə düşünürlər?

- Bu mövzuda mənim nəsə deməyim düzgün deyil.

HƏBİB

Seçilən
52
50
sportinfo.az

10Mənbələr