AZ

“Sumqayıt”ın rəsmisi də dilə gəldi: “Görürük ki, danışmayana “pəpə” yoxdur”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev 1:2 hesabı ilə məğlub olduqları matçın hakim idarəçiliyindən şikayətlənib.

Klub rəsmisi mətbuat konfransında bunu deyib:

“Bu vaxta qədər heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Düşünmüşük ki, hakim də insandır.

Amma bu hallar təkrarlandığına görə klub olaraq etirazımızı bildirəcəyik. Görürük ki, danışmayana “pəpə” yoxdur”.

Seçilən
45
2
sportinfo.az

10Mənbələr