AZ

KİV: İranın sülh yolu ilə nizamlanma planı 14 maddədən ibarətdir

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın ABŞ və İsraillə münaqişənin sülh yolu ilə həlli üzrə planı 14 maddədən ibarətdir və Tehrana reparasiyaların ödənilməsini, həmçinin Hörmüz boğazında gəmiçiliyin “yeni mexanizminin” yaradılmasını nəzərdə tutur.

Sherg.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı "Tasnim" agentliyinə istinadən xəbər verir.

Daha əvvəl IRNA agentliyi bildirmişdi ki, aprelin 30-da İran tərəfi yeni nizamlanma planının mətnini Pakistana təqdim edib.

"Press TV"-nin Telegram kanalında yayımlanan məlumatda deyilir: “ABŞ-nin 9 maddəsinə cavab olaraq İranın 14 maddədən ibarət cavabının əsas detalları… ABŞ iki aylıq atəşkəs təklif edib, lakin İran məsələlərin 30 gün ərzində həll olunmasında israr edir və diqqəti atəşkəsin bərpasından müharibənin tam başa çatdırılmasına yönəldir”.

Qeyd olunur ki, Tehranın əsas tələbləri arasında reparasiyaların ödənilməsi, hərbi təcavüzün təkrarlanmayacağına dair təminatlar, ABŞ silahlı qüvvələrinin “İran ətrafından” çıxarılması, Hörmüz boğazının blokadasının dayandırılması və orada gəmiçilik üçün “yeni mexanizmin” yaradılması var. Bundan əlavə, İran xaricdəki aktivlərinin dondurulmasının ləğvini və sanksiyaların aradan qaldırılmasını tələb edir.

ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb, nəticədə 3 mindən çox insan həlak olub. Vaşinqton və Tehran aprelin 8-də atəşkəs elan ediblər. Daha sonra İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb, döyüşlərin yenidən başlaması barədə məlumat verilməsə də, ABŞ İran limanlarına blokada tətbiq etməyə başlayıb. Vasitəçilər yeni danışıqlar raundunu təşkil etməyə çalışırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
9
sherg.az

10Mənbələr