AZ

“Zirə” “Qəbələ”ni məğlub etdi

Misli Premyer Liqasında XXX turun oyunları davam edir.

90deqiqe.Az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilib və meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçın yeganə qoluna 78-ci dəqiqədə Martins Junior imza atıb.

Bu qələbə sayəsində “Zirə” xallarının sayını 49-a çatdıraraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Qəbələ” isə 20 xalla 11-ci yerdə qalır.

Günün ilk oyununda "Sabah" "Şamaxı" üzərində 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, XXX tura mayın 4-də yekun vurulacaq. Ötən gün keçirilən görüşlərdə "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Seçilən
46
50
90deqiqe.az

10Mənbələr