ABŞ maliyyə naziri Skot Bessent İranla müharibənin başa çatmasından sonra neftin qiymətlərinin aşağı düşəcəyini bildirib.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, fyuçers bazarları da münaqişədən sonrakı dövrdə qiymətlərin azalacağını proqnozlaşdırır və “müharibədən sonra neft daha ucuz olmalıdır”.
O qeyd edib ki, qarşıdurma bitdikdən sonra ABŞ-də benzin qiymətləri də müharibədən əvvəlki səviyyədən daha aşağı həddə qayıda bilər.
Musavat.com