AZ

Fermerdən ucuz alınan məhsul marketdə niyə baha satılır?

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Niyə rayonlarda kəndli-fermer məhsulunu ucuz satdığından narazıdır, Bakıda isə alıcı eyni məhsulu bir neçə dəfə baha almağa məcbur qalır?"

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil:

"Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir. Bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem var. Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir.

İkinci problem isə tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır. Digər məsələ istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır. Problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
6
unikal.az

8Mənbələr