AZ

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

Bakı-Qazax
Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib. 1news.az xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili TIR-la toqquşub.
Nəticədə “Mercedes”in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
5
12
1news.az

10Mənbələr