AZ

Trampdan İrana Hörmüz təhdidi: "Yer üzündən silərik"

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərə müşayiət edən ABŞ gəmilərinə hücum edəcəyi halda İranın “yer üzündən silinəcəyini” bildirib.

Marja xəbər verir ki, "Fox News" kanalına danışan Tramp İran ilə Hörmüz boğazında artan gərginliklə bağlı son vəziyyəti qiymətləndirib.

Tramp bildirib ki, İran Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət edən ABŞ ordusuna məxsus gəmilərə hücum edərsə, İran “yer üzündən silinəcək”.

Tramp İranın Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən bir gəmini hədəf aldığını, buna cavab olaraq İrana məxsus qayıqların batırıldığını açıqlayıb.

CENTCOM-un komandanı admiral Brad Cooper də İranın hücumuna cavab olaraq ABŞ ordusunun “mülki gəmiləri hədəf alan” İrana məxsus altı qayığı vuraraq batırdığını bildirib.

CENTCOMİranın ABŞ gəmisinə hücum etdiyi barədə iddialarını təkzib edib

İranın "Tasnim"  agentliyində yayımlanan xəbərdə, İran ordusunun ABŞ donanmasına məxsus gəminin hədəf alındığı iddia olunub.

Xəbərdə qeyd olunub ki, ABŞ-a məxsus gəmi radarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa çalışıb və radarını açdığı zaman aşkar edilib.

Bildirilib ki, İran tərəfindən ABŞ gəmisinə “atəşkəsi pozduğu” barədə xəbərdarlıq mesajları göndərilib. Gəmi bu xəbərdarlıqlara cavab vermədikdən sonra İran ordusu xəbərdarlıq məqsədilə gəminin ətrafına qanadlı raket, pilotsuz uçuş aparatı və raketlər buraxıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın ABŞ hərbi gəmisinə raketlə hücum etdiyi barədə iddiaların əsassız olduğunu bildirib.

Seçilən
52
29
marja.az

10Mənbələr