ABŞ Məxfi Xidməti günortadan sonra Ağ Ev yaxınlığında atışma baş verdiyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, hadisə təxminən mətbuat nümayəndələrinin Ağ Evin Şimal Çəmənliyindən çıxdığı vaxtda baş verib.
“ABŞ Məxfi Xidmətinin əməkdaşları Vaşinqtonda 15-ci küçə və Müstəqillik prospektinin kəsişməsində zabitin iştirakı ilə baş verən atışma yerindədirlər. Bir nəfər hüquq-mühafizə orqanları tərəfindən vurulub, hazırda onun vəziyyəti məlum deyil”, - deyə Məxfi Xidmət X-də bildirib.
Vurulan şəxs xəstəxanaya aparılıb və hadisə yerində silah tapılıb. Hadisənin Ağ Evlə əlaqəli olub-olmadığı məlum deyil.