AZ

AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi

Bu gün İrəvanda keçirilən Ermənistan-AB sammitinin nəticəsi olaraq Ermənistan-AB birgə bəyannaməsi qəbul edilib.

Aktual.az xəbər verir ki, erməni mediası bəyannamənin tam mətnini yayıb.

44 bəndlik sazişdə AB-Ermənistan əlaqələri dəstəklənir, erməni xalqının "Avropa istəkləri” tanınır, "Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişində və Ermənistan-AB Tərəfdaşlığı üçün Strateji Gündəlikdə göstərildiyi kimi, Ermənistanın dərin və davamlı demokratiya qurmaq öhdəliyini qəbul edilir” və s.

7-ci bənd isə Azərbaycan-Ermənistan əlaqələrinə aiddir. Bəyannamənin bu bəndində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə yönəlmiş səylər yüksək qiymətləndirilir, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasını və region ölkələrinin suverenliyi və ərazi bütövlüyü, eləcə də sərhədlərin toxunulmazlığı və qarşılıqlılığı prinsiplərinə əsaslanan bütün regional kommunikasiyaların yenidən açılması tam dəstəklənir.

Bəyannamədə həmçinin Yaxın Şərqdəki proseslər, AB-nin Ermənistana investisiyalarının 2,5 milyard avroya çatacağı, "Sülhün kəsişməsi” təşəbbüsünə və TRIPP layihəsinə dəstək, AB və Ermənistan arasında nəqliyyat, enerji təhlükəsizliyi əlaqələrinin gücləndirilməsi və s. əksini tapıb.

Seçilən
11
33
ulusum.az

10Mənbələr