AZ

İcra başçısının köməkçisi vəfat etdi

BAKI, 5 may. TELEQRAF

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin köməkçisi Nazim Fətullayev vəfat edib.

Teleqraf xəbər verir ki, mərhum bu gün dəfn olunub. Onun xərçəng xəstəsi olduğu bildirilir.

Suraxanı rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.

Qeyd edilib ki, 1 ildən artıqdır xərçəng xəstəliyindən müalicə olunan N.Fətullayev 2 həftə əvvələ kimi işə çıxıb.

Seçilən
17
3
teleqraf.com

4Mənbələr