AZ

Çempionlar Liqası: Finalın son iştirakçısı bu gün BƏLLİ OLACAQ

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulur.

Bizim.Media xəbər verir ki, son oyun günündə "Bavariya" Almaniyada PSJ-ni qəbul edəcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Xatırladaq ki, komandalar arasında Fransada keçirilən ilk matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.

Bizim.Media

Seçilən
7
4
bizim.media

10Mənbələr