Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yuxudan oyanan kimi qəhvə içmək milyonlarla insanın əvəzedilməz vərdişidir. Amma, mütəxəssislər xəbərdarlıq edir ki, acqarına qəbul edilən bu içki mədəniz üçün əsl "mina" effekti yaradır.Demokrat.az xəbər verir ki, həkimlərin fikrincə, səhər yeməyindən əvvəl içilən qəhvə mədəni döyüş meydanına çevirir. Bir çox insan gözünü açar-açmaz qəhvə maşınına tərəf qaçsa da, orqanizm bu prosesdən ciddi zərər görür.Boş mədəyə daxil olan tünd qəhvə dərhal xlorid turşusunun ifrazını sürətləndirir. Bu maddə normalda qidanı parçalamaq üçün lazımdır. Lakin mədədə yemək olmadıqda, turşu birbaşa orqanın divarlarına hücum edir. Əgər insanda qastrit və ya xora varsa, acqarına qəhvə içmək vəziyyəti daha da ağırlaşdırır və mədə divarlarını sürətlə sıradan çıxarır.Səhər saatları həm də bədəndə kortizolun, yəni stress hormonunun ən yüksək olduğu vaxtdır. Kofein bu hormonun daha çox ifraz olunmasına səbəb olur. Nəticədə insan özünü daha gərgin, əsəbi hiss edir və təzyiq oynamaları ilə üzləşir. Mütəxəssislər qəhvəni kortizolun səviyyəsi enməyə başladığı vaxtda, yəni saat 11 radələrində içməyi məsləhət görürlər.Digər bir təhlükə isə qandakı şəkərlə bağlıdır. Araşdırmalar göstərir ki, acqarına içilən qəhvə qlükoza səviyyəsini səhər yeməyindən sonrakı vaxtla müqayisədə iki dəfə daha çox yüksəldir. Bu isə gələcəkdə ikinci tip şəkərli diabet riskini artırır.Əgər səhər yeməyi yeməyə vərdiş etməmisinizsə, qəhvədən əvvəl bir stəkan ilıq su içmək məsləhətdir. Bu, mədəni qarşıdakı kofein zərbəsindən müəyyən qədər qoruya bilər. Ən ideal variant isə qəhvəni tam dəyərli səhər yeməyindən təxminən iki saat sonra dadmaqdır.Yəni, səhər oyanan kimi acqarına qəhvə içmək mədənizi turşu ilə zədələyir, sizi daha əsəbi edir və qanınızda şəkərin miqdarını kəskin artıraraq sağlamlığınızı təhlükəyə atır.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.