AZ

Biləcəridə zəncirvari qəza Beş avtomobilə ziyan dəyib VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, axşam saatlarında "KamAZ" markalı yük avtomobili işıqforun qırmızı işığından keçərək digər yük avtomobilinə çırpılıb. Daha sonra minik avtomobillərinə də ciddi ziyan dəyib.

Hadisə zamanı zərbənin gücü o qədər şiddətli olub ki, digər avtomobillərdəki yüklər də yerə tökülüb.

Hadisə şahidləri baş verənləri belə izah ediblər:

"Gəldim işıqforda dayandım. Qəfil arxadan bir maşın çırpıldı mənim avtomobilimə. "KamAZ" idi, əyləcə basıb, amma saxlaya bilməyib. Zərbənin təsirindən mənim maşınım da o biri avtomobillərə dəydi. Heyvanlarıma yem aparırdım, töküldü yola. Sürücünün ayaqları sınmışdı. Apardılar xəstəxanaya".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
avtosfer.az

1Mənbələr