AZ

Simonyan Lukaşenkonu sərt tənqid etdi - “Belarus lideri kartof yetişdirilməsi barədə düşünsün”

Ermənistan parlamentinin sədri Alen Simonyan Belarus Prezidenti Aleksandr Lukaşenkonu sərt tənqid edib.

Missiya.Az xəbər verir ki, o bunu jurnalistlərə müsahibəsində deyib.

“Bizi tənqid edən ölkənin lideri öz ölkəsinin daxili sabitliyi, söz azadlığı, siyasi müstəqillik və kartof yetişdirilməsi prosesi barədə düşünməlidir”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, ötən gün Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Alen Simonyanın Ermənistanın bir vilayətə çevrilməməli və Belarus kimi idarə olunmamalı olduğu barədə verdiyi açıqlama ilə bağlı etiraz notası təqdim edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
2
missiya.az

4Mənbələr