
Milli Basketbol Assosiasiyası (NBA) “Boston”un hücumçusu Ceylen Braunu hakimləri tənqid etdiyinə görə 50 min dollar cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBA-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, birinci turun pley-off seriyasının 7-ci oyununda “Boston”un “Filadelfiya”ya 100-109 hesabı ilə məğlub olmasından sonra Braun hakimliklə bağlı tənqidi fikirlər səsləndirib. Xüsusilə, o, hakimləri ona qarşı qərəzli olmaqda günahlandırıb. Braun həmçinin sosial mediada canlı yayımlarında hakimləri tənqid edib.