AZ

AMB iqtisadi artımla bağlı proqnozlarını azaldıb 

Cari ildə ümumi daxili məhsul istehsalının (ÜDM) 1,1%, qeyri-neft qaz sektorunda ÜDM istehsalının 3,2% artacağını proqnozlaşdırılır. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il üçün ÜDM istehsalının 3,2% artacağı, qeyri-neft qaz sektorunda ÜDM istehsalının 4,7 artacağını gözlənilir.

Qeyd edək ki, AMB-nin fevral ayında iqtisadi artımla bağlı proqnozları daha nikbin idi. Belə ki, Bank bu il ölkədə iqtisadi artımın 2,4%, qeyri-neft-qaz sektoru üzrə isə 4% olacağını gözləyirdi. Son üç ayda AMB iqtisadi artımla bağlı proqnozlarını 1,3 faiz bəndi, qeyri-neft-qaz sektorunda isə 0,8 faiz bəndi azaldıb.

Gələn ilin proqnozlarında isə artım müşahidə edilir. AMB fevral ayında 2027-ci ildə iqtisadi artımın 2,9% və qeyri-neft-qaz sektoru üzrə artımın 4,3% olmasını proqnozlaşdırırdı.

Seçilən
33
12
fed.az

10Mənbələr