Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
Metbuat.az teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.
2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.