AZ

Tramp İranla anlaşmanın tarixini açıqladı

ABŞ prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində İranla mümkün nüvə sazişi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp bildirib, Tehranla razılaşma üçün “yaxşı şans” mövcuddur. Onun sözlərinə görə, əgər saziş əldə olunmasa, ABŞ yenidən hərbi əməliyyatlara qayıda bilər: "Ya razılaşma olacaq, ya da onları yenidən bombalamağa qayıtmalı olacağıq".

ABŞ prezidenti qeyd edib ki, gələcək razılaşmanın əsas şərtlərindən biri İranın əlindəki zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməsi olacaq. Tramp vurğulayıb ki, mümkün saziş layihəsində İranın nüvə proqramı müvəqqəti dayandırıldıqdan sonra belə uranı 3,67 faizədək zənginləşdirməyə yenidən başlaması nəzərdə tutulmur.

O əlavə edib ki, razılaşma əldə olunacağı halda Vaşinqton İran əleyhinə sanksiyaların yumşaldılmasına və müəyyən güzəştlərə hazırdır.

Tramp həmçinin bildirib ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşner yeni danışıqlar üçün İrana getməyə bilər. Onun sözlərinə görə, görüşlərin ABŞ ərazisində keçirilməsi də mümkündür.

ABŞ Prezidenti “ideal ssenari”də İranla razılaşmanın mayın ortalarında Çinə planlaşdırdığı səfərdən əvvəl əldə oluna biləcəyini bildirib.

 

Musavat.com

Seçilən
57
50
musavat.com

10Mənbələr