AZ

Səfərbərlik Xidmətinin rəisi Biləsuvarda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvarda vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətindən APA-ya verilın məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 22 may 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 18 may 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Seçilən
17
4
apa.az

7Mənbələr