AZ

SPORT TV -dən dünənki yayıma reaksiya - Açıq yayım hüquqları bizdə deyil

BAKI, 7 may. TELEQRAF

TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans LiqasınınPay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir.

Turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlarAzərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur.

Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur.


Seçilən
8
6
teleqraf.com

9Mənbələr