AZ

Azərbaycalı məşhurlar da izləyici itirdi

Azərbaycanlı məşhurlar da izləyici itirib.

Musavat.com xəbər verir ki, "İnstaqram"ın bot hesablarını qlobal olaraq təmizləməsi sosial mediada böyük səs-küyə səbəb olub.

Əməliyyatdan sonra Kayli Cenner, Kriştiano Ronaldo və Ariana Qrande kimi məşhur adların milyonlarla izləyicisini itirdiyi məlum olub. Məşhur türk aktyorlarının da izləyici sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub. Bundan əlavə azərbaycanlı məşçhurlar da izləyici itirib. Onlar bu haqda sosial şəbəkədə yazıblar. 

Aktrisa Ülviyyə Xalinbekova bildirib ki, minlərlə izləyici itirib:

"Keçən il birdən-birə 40 min izləyici silindi. 941 mindın 901 minə düşdüm.  İndi isə 922 mindən 886 minə düşmüşəm. Nə baş verir".

Aktrisa Uzel Kərimova  isə 11 min izləyici itirdiyini qeyd edib:

"11 min izləyicim bir anda silindi. Ətrafımda çox adamda silinmələr olub. Nə baş verir axı?".

Bloqer Aysel Həsəni də izləyici itirənlərdəndir.  "Çox maraqlıdır ki, dünən səhifəm 377 min idi. Bu gün 372 min olub. Nə baş verir?" deyə bildirib. 

Könül,
Musavat.com

Seçilən
41
1
musavat.com

2Mənbələr