AZ

"Real"da yeni məşqçi -

“Real Madrid” prezidenti Florentino Peres portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə mümkün qayıdışı müzakirə edib. Metbuat.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb. Bildirilir ki, tərəflər arasında təxminən bir saat davam edən videokonfrans keçirilib.Məlumata görə, hazırda “Benfika”nı çalışdıran Mourinyo “Real Madrid”ə qayıtmaq variantını istisna etməsə də, hələlik yekun qərar verməyib. Təcrübəli mütəxəssisin əsas diqqəti maliyyədən çox klubun idman və idarəetmə strukturu ilə bağlı şərtlərə yönəldiyi qeyd olunur.

Qeyd edək ki, Mourinyo 2010–2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və bu müddətdə komanda La Liqa çempionluğu da daxil olmaqla bir neçə titul qazanıb.

Seçilən
44
26
metbuat.az

10Mənbələr