AZ

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

Mayın 8-dən 10-dək keçiriləcək Astana "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.

Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:

Kişilər

66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)

73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)

Seçilən
9
7
hafta.az

10Mənbələr