AZ

Qəzzada dağıntılar altında 8 min cəsəd var

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza zolağında dağıdılmış binaların dağıntıları altında ən azı 8 min cəsəd qalıb və onların tapılması avadanlıq və maşın çatışmazlığı səbəbindən çətinləşir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The National” qəzeti Qəzzanın mülki müdafiə üzrə xüsusi nümayəndəsi Mahmud Bassala istinadla məlumat verib.

Onun sözlərinə görə, mövcud avadanlıqlar çox köhnəlib və iki illik döyüşlərin yaratdığı böyük dağıntıların öhdəsindən gələ bilmir.

“Rəqəmlər daha yüksək ola bilər. Çünki hər gün yeni adlar məlum olur”, - o bildirib.

Bassala əlavə edib ki, mövcud vəziyyət gəmiricilərin və sahibsiz heyvanların çoxalmasına səbəb olur ki, bu da xəstəliklərin yayılma riskini yaradır.

Qəzet qeyd edir ki, İsrail Qəzza zolağından dağıntıların təmizlənməsi üçün lazım olan avadanlıqların gətirilməsinə icazə verməkdən imtina edir və yalnız siçovullara qarşı vasitələrin idxalına razılıq verir.

BMT-nin məlumatına görə, Qəzza zolağında 61 milyon tondan çox dağıntı qalıb və indiyə qədər dağıntıların 1%-dən azı təmizlənib.

İsrailin minlərlə hava hücumu, yerdəki döyüşlər və nəzarət edilən partlayışlar anklavda 123 mindən çox binanı dağıdıb və daha 75 min binaya müxtəlif dərəcələrdə ziyan vurub ki, bu da Zolaqdakı bütün binaların 81%-ni təşkil edir.

“The Wall Street Journal” qəzeti isə dağıntıların təmizlənməsinin 1 trilyon dollara başa gələcəyini təxmin edir.

Qeyd edək ki, 9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəldilər. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
yeniavaz.com

4Mənbələr