Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 8 may, AZƏRTAC
Bakıda keçiriləcək “UFC Fight Night: Fiziev vs Torres” turnirinin biletləri mayın 15-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək turnirin biletlərini azarkeşlər “iticket” platforması vasitəsilə əldə edə biləcəklər.
UFC Fight Club üzvləri üçün erkən satış mayın 13-də saat 10:00-da başlayacaq. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri mayın 14-də eyni saatdan əldə edə biləcəklər.
Qeyd edək ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziev Manuel Torreslə üz-üzə gələcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.