AZ

"Böyük Dəbilqə: Rəşidlə Südabə mübarizəyə qoşulur

Bu gün Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə eyni mərhələdə almaniyalı Miriam Butkereytlə üz-üzə gələcək.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da yekunlaşacaq.

Toğrul

Seçilən
1
10
fanat.az

10Mənbələr