Azərbaycanda məşhur otel KÜLƏ DÖNÜB- GÖRÜNTÜLƏR
Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb. Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.