AZ

İngiltərə açıqladı: Kim Çenin ən böyük qorxusu və verdiyi əmr üzə çıxdı

ain.az bildirir, Olke.az portalına istinadən.

Britaniya qəzeti olan “The Telegraph” Şimali Koreya lideri Kim Çen Inın "ən böyük qorxusu"ndan yazıb.

Ölkə.Az xəbər verir ki, qəzet yazır ki, Kim Çen konstitusiyada dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şimali Koreya lideri sui-qəsdə məruz qalarsa, ölkəsi nüvə hücumu başladacaq.

“The Telegraph”ın məlumatına görə, düzəliş 22 martda Pxenyanda keçirilən 15-ci Ali Xalq Məclisinin ilk iclasında təsdiqlənib. 

Düzəliş Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) hökumət rəsmilərinə verdiyi qapalı brifinq zamanı ortaya çıxıb.

Bu addım Pxenyan rejiminin rəhbərliyinə təhdid qavrayışını ən yüksək səviyyəyə çatdırması kimi qiymətləndirilir.

Qeyd edilir ki, bu dəyişiklik İran lideri Əli Xameneinin və bəzi yüksək vəzifəli məmurların Tehrandakı hücumlarda öldürülməsindən sonra baş verib. Şimali Koreyanın vəziyyəti yaxından izlədiyi bildirilir.

Kəşfiyyat qiymətləndirmələrinə görə, İsrail Tehranda yol hərəkəti kameralarına haker hücumu etməklə İran liderlərinin yerini müəyyən edə bilib. Lakin, Şimali Koreyada məhdud nəzarət infrastrukturu və sərt nəzarət altında olan qapalı internet sistemi səbəbindən oxşar metodun tətbiqinin daha çətin olacağı vurğulanır.

Kim Çen In təhlükəsizlik məsələsində son dərəcə həssas olduğu, xüsusi təlim keçmiş təhlükəsizlik qrupları ilə səyahət etdiyi və tez-tez təyyarələr əvəzinə zirehli qatarlardan istifadə etdiyi bilinir.

Şimali Koreya üzrə ekspert professor Andrey Lankov "The Telegraph" qəzetinə verdiyi qiymətləndirmədə Pxenyanın ən böyük qorxusunun peyk texnologiyası vasitəsilə əldə edilən kəşfiyyat məlumatları olduğunu bildirib. 

Bundan əlavə, Şimali Koreya ordusunun Kim rejiminə mütləq sədaqəti vurğulanıb. Qeyd edilib ki, məhz bu səbəbdən Kim Çenə sui-qəsd ssenarisi reallaşarsa, ordunün nüvə qisas əmrinin icra etməsi ehtimalı çox yüksəkdir.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
11
olke.az

10Mənbələr