AZ

ÜST yeni virsla bağlı məlumat yaydı

“Hantavirus yeni COVID-19 deyil”.Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “X” hesabında qeyd edib. O, Tenerife sakinlərinə müraciət edərək bildirib ki, MV Hondius gəmisində aşkarlanan Andes ştamlı hantavirus ciddi olsa da, hazırkı ictimai sağlamlıq riski aşağı olaraq qiymətləndirilir.ÜST-ün Baş direktoru qeyd edib ki, “epidemiya” sözü insanlarda 2020-ci ilin ağır pandemiya xatirələrini yenidən canlandırır, lakin o, bunun yeni COVID-19 olmadığını xüsusi vurğulayıb.

Onun sözlərinə görə, ÜST risk qiymətləndirməsini məsuliyyətlə aparıb və Tenerifedə gündəlik həyatını yaşayan insanlar üçün təhlükə aşağı səviyyədədir.

Seçilən
61
5
metbuat.az

4Mənbələr