AZ

250 gündən sonra məğlubiyyət - Çempion üçüncülüyə şərik oldu

“Sabah”ın Misli Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi XXXI turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə III turda xalsız qalıb. 250 günsən sonra - 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlib. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

“Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da “Sabah” turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Sabah” isə “Kəpəz”in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)

1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)

2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)

3-4. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)

“Sabah” – 28 (14.09.2025-03.05.2026)

5. “Turan” – 27 (12.09.1992-14.07.1993)

Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.

saytlarin hazirlanmasi

Seçilən
36
4
sportal.az

6Mənbələr